Şabran sakini evində olan odlu silahı polisə təhvil verdi
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində sənədsiz odlu silahların könüllü təhvil verilməsi istiqamətində vətəndaşlar arasında apardıqları profilaktiki söhbətlər nəticəsində rayon sakini M.Aslanov tək lüləli, beşatılan markalı ov tüfəngini könüllü olaraq polis şöbəsinə gətirərək təhvil verib.