Xaçmazda yol patrul xidmətinin əməkdaşları anasını öldürməkdə şübhəli bilinən şəxsi saxlayıblar

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-abildirilir ki, yanvarın 13-də Xaçmaz rayonunun Əzizli kəndində  Səmən Sultanova qətlə yetirilmiş və aparılan araşdırmalar zamanı hadisəni onun oğlu, ruhi xəstə Ramiz Sultanov tərəfindən törədilməsinə əsaslı şübhələr yaranmışdır. Lakin, R.Sultanov hadisəni törətdikdən sonra oradan qaçaraq gizlənmişdir.  Yanvarın 29-da  Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən R.Sultanov avtomobildə hərəkətdə olan zaman  nəzarət yoxlama qaydasında  saxlanılıb və RPŞ-yə gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button