Prokurorluq evində bıçaqlanan kişinin ölməsi ilə bağlı məlumat yaydı

Yanvarın 30-da Suraxanı rayonu, Hövsan qəsəbəsində 25.12.1990-cı il təvəllüdlü Elşən Hadızadənin yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarət alması və aparıldığı xəstəxanada ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Suraxanı rayon Prokurorluğundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hadisənin təfərrüatları ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Hamısını Göstər

Related Articles

Back to top button