Rəsulzadə və silahdaşlarını bir qoşalüləyə satan “bəy”…

Ləyaqətli və ləyaqətsiz insanlar üçün tarixi dərs: Tarixçi alim Ədalət Tahirzadə M.Ə.Rəsulzadənin necə həbs olunması barədə belə danışır:

“1920-ci ilin aprelində Sovet hakimiyyəti qurulandan sonra Məhəmməd Əmin Rəsulzadə bir qrup silahdaşı ilə birgə İsmayıllı rayonunun Lahıc kəndində qalmalı olur. Lakin orada çox qala bilmirlər. Yerlərini dəyişmək məqsədilə yola çıxırlar və İsmayıllı rayonunun Aşıq Bayram kəndi yaxınlığında hökumət qüvvələri onları həbs edir. Rəsulzadənin və yoldaşlarının yerini isə Lahıc kənd sakini Əliabbas bəy Nəsrulla bəy oğlu Səfərbəyov xəbər verib.

Bu “xidmətinə” görə kommunistlər ona qoşalülə tüfəng bağışlayıblar. Bu hadisədən bir müddət sonra Ə.Səfərbəyovu həbs edirlər. O da hökumətə sədaqətini sübut etmək üçün o zaman M.Ə.Rəsulzadəni satdığını bildirir. Mən bu məlumatları Ə.Səfərbəyovun istintaqa verdiyi ifadələrindən götürmüşəm. Başqa mənbələrdə də bu haqda məlumatlar var. Lakin sonradan izi itirmək üçün onu güllələyirlər”.

Qeyd: Fotodakı şəxs Rəsulzadəni satan Əliabbas bəy Nəsrulla bəy oğlu Səfərbəyovdur! Göründüyü kimi, adamın adı, soyadı “bəy”lə doludur. Amma…

No description available.
Hamısını Göstər

Related Articles

Back to top button