Şamaxı zəlzələsindən 120 il ötür

Bu gün Şamaxı şəhərində baş verən dəhşətli zəlzələnin 120-ci ildönümüdür.

Zəlzələ 1902-ci il yanvar ayının 31-də, gündüz saat 12 radələrində baş verib. Zəlzələ zamanı bu qədim şəhər tamamilə dağılıb, ən unikal tarixi abidələr yerlə-yeksan olub.

O zamanın bir sıra mediası bu təbii fəlakəti “Qiyamət günü” ilə müqayisə edirdi. Məlumata görə, bu zəlzələ zamanı şəhərin 2.000 nəfərdən artıq sakini həlak olub, minlərlə insan yaralanıb, 20.000 nəfərədək sakin evsiz qalıb, şəhərdəki 5 min evdən 4 mini, 8 qədim məscid, iki kilsə, 10-dan artıq mədrəsə, 40 qədim Şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan yerlə bir olub.

Şamaxı qəzasında yerləşən 126 kənddə 3.000-dən çox ev, 40 məscid və çoxlu təsərrüfat tikililəri dağılıb.

Qeyd edək ki, bu faktlar ötən əsrin əvvəllərində Sankt-Peterburq şəhərində çap olunan “Niva” adlı dərginin 97-ci sayında əks olunub. Hazırda həmin dərginin zəlzələ ilə bağlı səhifələri Şamaxı Diyarşünaslıq Muzeyində saxlanılır.

Hamısını Göstər

Related Articles

Back to top button