Şabran sakinindən 2 ədəd silah aşkarlandı

Şabran rayon sakini Mustafa Məmmədov qanunsuz  silahlar saxladığına görə  Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, həmin şəxsdən 2 ədəd 12 kalibrli və 16 kalibrli ov tüfəngləri aşkar edilərək götürülüb.

Hazırda faktla bağlı RPŞ-də araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button