Zaqatala sakinlərindən qanunsuz odlu silahlar götürülüb

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat tədbirləri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, keçirilmiş tədbirlər nəticəsində rayon sakinlərindən ümumilikdə 3 ədəd  “İJ” və “TOZ” markalı müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.

Həmin şəxslər barəsində toplanmış materiallar baxılmasından ötrü rayon məhkəməsinə göndərilib.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button