BNA-nı tənqid edən deputat: “Oy nə gözəl, nə gözəl”
Prezident İlham Əliyev sərəncamı ilə Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyətinin, “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” (NİİM) Daxili İşlər Nazirliyinin tabeliyinə verilib.
BNA-nı daim tənqid edən millət vəkili Rüfət Quliyev Qaynarinfo-ya açıqlamasında sərəncamı belə qarşılayıb:
“Sərəncamdan xəbərim yoxdur. Zarafat edirsiniz? Oy nə gözəl, nə gözəl! Prezidentə qurban olum, onun qoluna da. Xeyir xəbər olasan”.
Rüfət Quliyev bildirib ki, BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinə verilməsi tam doğru addımdır:
“Mən bu qurumun fəaliyyətindən daim narazı olmuşam”.