Ukraynada mülki şəxslərə əsas müdafiə təlimi keçilir
Ukraynanın paytaxtı Kiyevdə keçmiş hərbçilər mülki şəxslərə müharibə vəziyyətində ilkin hərbi təlimlər keçiblər.
ATEK fabrikində müxtəlif yaş qruplarından olan 500-ə yaxın ukraynalı “Təşvişə düşməyin, hazır olun” adlı əsas təlimdə iştirak edib.
İştirakçılar təcrübələrinə görə 3 qrupa bölünüblər. Qruplara mümkün müharibə vəziyyətində ilk yardım, silahdan istifadə və müdafiə taktikası daxil olmaqla ilkin hərbi təlimlər verilib.
Tədbir rəsmisi, keçmiş hərbçi bildirib ki, təlim müdafiə məqsədi daşıyır və bu il Rusiya ilə mümkün müharibə baş verə bilər.
Qurum rəsmisi bu təlimləri ölkənin 10 şəhərində təşkil etdiklərini vurğulayıb.