Saatlıda “Narkomaniyaya yox deyək” və “Erkən nikah və onun fəsadları” mövzularında maarifləndirici tədbir keçirilib

Saatlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Sarıcalar kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” və  “Erkən nikah və onun fəsadları” mövzularında maarifləndirici tədbir keçirilib. Tədbirdə Təhsil şöbəsinin nümayəndələri, RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Azər Tağıyev daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlara qarşı aparılan tədbirlərdən, belə hadisələrin qarşısının qətiyyətlə alınmasından danışıb. Gənclərə pis vərdişlərdən və ətraflarındakı “ağ ölümə” düçar olan şəxslərdən uzaq durmalarının zəruriliyini bildirib. Erkən nigaha daxilolma mövzusuna toxunan polis rəisi, yeniyetmə vaxtlarında qızların ailə qurmasını onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edərək, şagirdlərin əsasən təhsilə maraq göstərmələrinin və gələcəyin yüksək ixtisaslı mütəxəssislər kimi yetişmələrinin vacibliyindən danışıb.

Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb. 

Hamısını Göstər

Related Articles

Back to top button