İran Türkiyədə nüvə aliminin qisasını almağa cəhd etdi: Kəşfiyyat planı iflasa uğratdı

Türkiyə kəşfiyyatı aerokosmik texnologiyalar sahəsində çalışan İsrail əsilli iş adamını öldürməyə hazırlaşan doqquz İran casusundan ibarət şəbəkəni ortaya çıxarıb.

Sözügedən qətl planı iranlı nüvə alimi Mahsen Fəxrizadənin öldürülməsinin qisası olaraq planlaşdırılıb. İranın nüvə proqramının rəhbəri sayılan alimin 2020-ci ilin noyabrında İsrail kəşfiyyatı “Mossad” tərəfindən öldürüldüyü iddia olunur.

İranlı casuslar iş adamı Yan Qelleri izləyərkən ifşa olublar. Sui-qəsd hazırlığı barədə Türkiyə kəşfiyyat orqanları həmçinin İsrail tərəfinə də məlumat veriblər.

Şəbəkəyə İran kəşfiyyatının zabiti Yasin Tahirimamkəndi adlı şəxsin rəhbərlik etdiyi bildirilib.

Faktla bağlı danışan alim özünü Türkiyə təhlükəsiz şəraitdə hiss etdiyini qeyd edib.

Hamısını Göstər

Related Articles

Back to top button