ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı olacaq
Bu gün ABŞ Prezidenti Co Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olacaq.
APA “Reuters”ə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin telefon danışığının bazar ertəsi günü təşkil edilməsini istəyib. Lakin, Prezident Co Baydenin Ukraynaya hücum ehtimalının artması fonunda bunun mümkün qədər tez təşkil edilməsini istədiyi bildirilib.