Koronavirusun yeni növü meydana çıxıb – 10 qat daha təhlükəlidir
Koronavirusa yoluxanların sayı 22 milyonu keçib. Belə bir zamanda elm adamları yeni bir koronavirus növünün də meydana çıxdığını açıqlayıb.
Virusa “D614G” adı verilib. Alimlərin sözlərinə görə, bu, hazırda dünyanı cənginə alan COVİD-19-dan 10 qat daha təhlükəlidir.
Sözügedən virusun mutasiyaya məruz qalmış koronavirus olduğunu bildirən tədqiqatçılar onun fərqli bölgələrdə ortaya çıxdığını deyib:
“Bir restoranda yayılan koronavirus epidemiyasına yoluxan 45 nəfərdən ən az üçündə “D614G” virusu aşkarlanıb. Restoran sahibi Hindistandan qayıtdıqdan sonra 14 günlük karantin qaydalarına əməl etmədi və xəstəliyi yaydı. Eyni virus Filippindən qayıdan bir nəfərdə də aşkarlandı”.