Qubada silah-sursat aşkarlanıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan  polise.az-a bildirildiyinə görə, Quba Rayon Polis Şöbəsinin Növbətçi hissəsinə,   şəhər qəbiristanlığında silah-sursat olması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə gedən polis əməkdaşları həmin ərazidən 1 tapança, 45 ədəd müxtəlif çaplı güllələr aşkar edərək götürüblər.

Faktla  bağlı RPŞ-də araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button