Belarus olayları Rusiyaya sıçrayır? – Diplomatdan şok açıqlama

“Belarusdakı gərgin situasiya birbaşa qonşu Rusiyaya da təsir edir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Belarusdakı səfiri Dmitri Mezentsev deyib. “Belarus nə qədər sakitdirsə, ruslar da sakitdir”, – diplomat bildirib.

Belarusda kütləvi etirazlar avqustun 9-da – hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun qalib gəldiyi prezident seçkilərindən sonra başlayıb. Müxalifət seçkidə Lukaşenkonun yox, onun rəqibi Svetlana Tixanovskayanın qalib gəldiyinə inanır. Rəsmi məlumatlara görə, kütləvi aksiyalar zamanı 6.7 mindən çox insan nəzarətə alınıb. İğtişaşlarda yüzlərlə insan xəsarət alıb, bunların arasında 120-dən çox asayiş keşikçisi var. İki etirazçı həlak olub.

Mənbə
teleqraf.com
Hamısını Göstər

Related Articles

Back to top button