İstənilən halda sanksiya tətbiq ediləcək – Putin
Qərb Rusiyaya və Belarusa sanksiyaları istənilən halda tətbiq edəcək.
Bunu Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
Putin qeyd edib ki, Qərb sanksiyalar tətbiq etmək üçün səbəb tapacaq:
“Sanksiya təzyiqi tamamilə qeyri-legitimdir və beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir”.
Rusiya lideri ölkəsinin maraqları üçün istədiyi kimi hərəkət edəcəyini vurğulayıb.



