Rusiya sanksiyalara hazırlaşır: ölkəyə tonlarla dollar və avro gətirilir
Rusiya kütləvi şəkildə xarici valyuta – dollar və avro almağa başlayıb. Söhbət, təxminən 5 milyard dollar nağd puldan gedir. Bu barədə Rusiyanın “İzvestiya” nəşri məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Rusiya Mərkəzi Bankının rəsmi məlumatına görə, 2021-ci ilin dekabr ayında Rusiya Federasiyasına 4,97 milyard dollar nağd pul gətirilib. Söhbət təxminən 50 ton əskinasdan gedir. “İdxal olunan” vəsaitin böyük hissəsini dollar (təxminən 3 milyard), qalan hissəni isə avro təşkil edib.
Bu, Rusiya tərəfindən son 8 il ərzində kütləvi nağd pul alışının dördüncü “dalğası”dır: 2020-ci ilin martında koronavirus pandemiyası fonunda Rusiya təxminən 6 milyard, 2014-cü ildə Ukrayna ilə müharibənin əvvəlində təxminən 20 milyard dollar alıb.
Qeyd olunur ki, Rusiya bankları mümkün müharibə fonunda sanksiyalara hazırlaşır.



