Müharibə bu gün də başlamadı, amma qoşunlar əmr alıb

usiyanın Ukraynaya qarşı yeni genişmiqyaslı hərbi əməliyyatları ən azından bu gün-fevralın 21-də başlamayıb, amma təhlükə qalır. Rusiya təbliğat maşını fəal şəkildə hərbi müdaxiləni əsaslandırmaq üçün “bəhanə istehsalını” həyata keçirirlər, Donbassdan Rusiyanın regionlarına “qaçqın axını” barədə bir-birinin ardınca süjetlər efirə verilir, eyni zamanda “Ukrayna diversantlarının” Luqansk və Donetsk vilayətlərinin dərinliklərinə sızdığı barədə xəbərlər bir-birini əvəzləyir. Rusiya TV-ləri üçün casus belli yaratmaq üçün “Vagner” muzdluları artıq Donetskə göndəriliblər, onların vəzifəsi partlayışlar törətmək və məsuliyyəti Ukrayna tərəfinin üzərinə atmaqdır.

ABŞ-ın CBS telekanalının hərbi müxbiri Devid Martin bildirir ki, Rusiya bölmələri artıq hücum əmri alıb və bu məqsədlə manevrlər həyata keçirirlər. Kəşfiyyat məlumatlarına istinad edən jurnalist Ukrayna sərhədləri boyu cəmləşdirilmiş Rusiya qoşun bölmələrinin komandirlərinin konkret manevr planları qurduqlarını bildirir. “Onlar amerikalı komandirlərin hücum əmri alaraq etməli olduqlarının eynisini edirlər”, – Martin bildirib.

ABŞ dövlət katibi Entoni Blinken də ötən gün CNN telekanalına müsahibəsində Rusiyanın Ukraynaya hücum təhlükəsinin yüksək olduğunu bildirib. Onun sözlərinə görə, prezident Vladimir Putin artıq irimiqyaslı hərbi müdaxilə qərarını verib. Lakin Blinken deyib ki, tanklar hərəkətə keçmədən Amerika tərəfi münaqişəni diplomatiya məcrasına yönəltmək üçün bütün mümkün səyləri göstərir. O, Moskvanı hücum qərarından daşındırmaq üçün  prezident Baydenin rusiyalı həmkarı ilə “istənilən an” görüşməyə hazır olduğunu deyib.

Lakin Ukrayna müdafiə naziri Aleksey Reznikov müharibənin bu gün-sabah başlaycağını göstərən əsas olmadığını deyir. Onun sözlərinə görə, hazırda Rusiya ordusu Ukrayna sərhədləri yaxınlığındakı cəmləşmə rayonlarında heç bir zərbə qruplaşması formalaşdırmayıb. “Amma bu Rusiya tərəfindən eskalasiya təhdidinin olmadığını göstərmir. Ukrayna hakimiyyəti riskləri ayıq dəyərləndirir və bütün qoşun hissələri tam hazırlıq vəziyyətindədir. Ukrayna kəşfiyyatı qərb tərəfdaşları ilə birlikdə situasiyanı nəzarətdə saxlayır, səmada “Bayraktar”lar işləyir”, – Reznikov deyib.

Nazir bildirib ki, separatçıların əhalini kütləvi şəkildə Rusiyaya təxliyə etməsi planı iflasa uğayıb, çünki Rusiyada onlar üçün heç bir şərait yaradılmadığını görəndə insanlar özləri geri qayıdırlar. “Bu, sırf “Mosfilm” üçün qurulmuş səhnədir”,-Reznikov əhalininn kütləvi təxliyəsi barədə bunları deyib.

Hamısını Göstər

Related Articles

Back to top button