Kürdəmirdə dayanma-durma qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olundular

Kürdəmir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində  təhlükəsizliyin təmin edilməsi məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, yol polisləri tərəfindən keçirilən reyd zamanı rayon ərazisində nəqliyyat vasitələrinin və piyadların sıx hərəkət etdiyi küçə və prospektlərdə dayanma-durma qaydalarını pozaraq avtomobilini avtobus dayanacaqlarında, səkilərdə və digər müəyyən olunmamış yerlərdə park edən  sürücülər müəyyən olunub.

Bölmə əməkdaşları tərəfindən qaydaları pozaraq həm piyadaların, həm də digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradan sürücülər barəsində inzibati protokollar tərtib edilib və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Hamısını Göstər

Related Articles

Back to top button