Şabranda narkotik dövriyyəsinə qarşı əməliyyat keçirilib

Şabran  Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakini Seymur  Aslanov saxlanılıb. Həmin şəxsin üzərinə, eləcə də yaşadığı evə baxış keçirilən zaman “patı”, “şüşə” adlandırılan psixotrop maddə metamfetamin, narkotik vasitə olan heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Faktla bağlı Şabran RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Hamısını Göstər

Related Articles

Back to top button