Rusiya XİN Türkmənçay müqaviləsinə dair səhvi aradan qaldırdı
Rusiya Xarici İşlər Nazirliyi (XİN) sosial şəbəkə hesabında Türkmənçay müqaviləsinə dair səhvi aradan qaldırıb.
Rusiya XİN-in rəsmi sosial şəbəkə səhifəsində yanlış məlumata müvafiq düzəliş edilib, “Şərqi Ermənistan” sözü çıxarılıb.
Qeyd edək ki, fevralın 22-də Rusiya XİN-in rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay müqaviləsi ilə bağlı təhrif olunmuş məlumat paylaşılıb. Sözügedən müqavilədə “Şərqi Ermənistan” sözü qeyd edilib.
Azərbaycan XİN bununla bağlı açıqlama yayıb. Rusiyanı XİN-i bu təhrifi aradan qaldırmağa çağırıb.