Ukrayna və Rusiyanın itkiləri açıqlandı

“Rusiyanın hücumları nəticəsində müharibənin birinci günü 137 Ukrayna vətəndaşı həlak olub, onlardan 10-u zabitdir. 316 nəfər isə yaralanıb”.

Bu açıqlama ilə Ukrayna Prezidenti Volodimir Zelenski çıxış edib.

O qeyd edib ki, Zmeynıy adasını müdafiə edən sərhədçilərin hamısı Rusiya qoşunları ilə döyüşdə həlak olublar.

V.Zelenski həmçinin bildirib ki, Rusiya mülki hədəflərə hücum edir. 44 yaşlı V.Zelenski guya onun Kiyevi tərk etməsi ilə bağlı şayiələri təkzib edib.

“Düşmən birinci hədəf kimi məni, ikinci hədəf kimi isə mənim ailə üzvlərimi seçib”, – Ukrayna Prezidenti vurğulayıb.

O, həmçinin Rusiya silahlı qüvvələrinin diversiya qruplarının Kiyevə daxil olduğunu bildirib.

***

Ukrayna Müdafiə Nazirliyi Rusiyanın itkilərini açıqladı.

“Rusiya qoşunları Ukraynaya hücum zamanı ciddi itkilər verir”.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin “Facebook” hesabında qeyd olunub.

Bildirilib ki, 25 fevral yerli vaxtla saat 03:00-a qədər Rusiya ordusunun yeddi təyyarəsi, altı helikopteri, 30-dan çox tankı, 130 zirehli döyüş maşını məhv edilib.

Həmçinin Rusiya ordusunun 800-ə yaxın hərbçisinin öldürüldüyü qeyd olunub.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button