Ukraynaya humanitar yardım daşıyan təyyarələr Azərbaycandan yola düşüb

Ümumi dəyəri 5 milyon avrodan çox olan dərman və tibbi ləvazimatlarla yüklənmiş təyyarələr Azərbaycandan havaya qalxıb.

Bu barədə Caliber.Az eksklüziv məlumat əldə edib.

Bildirilib ki, Bakıdan havaya qalxan İL-76 və “Boing-747” markalı iki təyyarə ümumilikdə 100 ton humanitar yardımla yüklənib.

Təyyarələr Ukraynaya humanitar yardım daşıyırlar.

Yük Polşanın Rzeşov şəhərinə, oradan isə quru yolu ilə Ukraynaya çatdırılacaq.

Hamısını Göstər

Related Articles

Back to top button