Ukrayna nümayəndə heyəti danışıqlar aparılacaq əraziyə çatıb
Rusiya tərəfi ilə danışıqlar aparacaq Ukrayna nümayəndə heyəti görüşün olacağı əraziyə çatıb.
Danışıqlar Ukrayna-Belarus sərhədində baş tutacaq.
Rusiya nümayəndə heyəti ilə danışıqların bu gün aparılması gözlənilir.
Belarus Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya və Ukrayna arasında danışıqlar üçün meydança hazırlanıb.
Xarici media yazır ki, Ukrayna nümayəndə heyəti artıq Belarus sərhəddində, bu gün səhər saatlarında başlayacaq danışıqlar yerinin girişindədir.



