Ukrayna Rusiya nümayəndə heyətlərinin görüşü başlayıb
Belarusun Qomel vilayətində Rusiya ilə Ukrayna arasında danışıqlar başlayır.
Nümayəndə heyətlərinin görüşü Ukrayna sərhədi yaxınlığında, Pripyat çayının sahilində keçirilir.
Təhlükəsizlik səbəbi ilə dəqiq görüş yerinin adı açıqlanmır.
“Sputnik Belarus” xəbər verir ki, danışıqlarda Belarusun xarici işlər naziri Vladimir Makey də iştirak edir.



