Xaçmazda iti asaraq öldürən şəxs məsuliyyətə cəlb olunub.

Sosial şəbəkələrdə yayılmış itin amansızlıqla asılaraq öldürülməsi görüntüləri ilə bağlı bildirilir ki, həmin hadisə fevral ayının 19-da Xaçmaz rayonunda baş verib. Hadisəni törədən şəxs Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal müəyyən edilib. Həmin şəxsin rayonun  Gödəkli kənd sakini 86 yaşlı  Balasoltan Daşdəmirov olduğu müəyyən edilib. Həmin gün onun barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə (Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsi) müvafiq tədbir görülüb.

Hamısını Göstər

Related Articles

Back to top button