Belarusda xüsusi identifikasiya nişanı olan hərbi texnika kolonunun hərəkəti müşahidə edilib

Sosial şəbəkələrdə Brest vilayətində Belarus ordusuna məxsus texnikanın hərəkəti ilə bağlı kadrlar yayılıb.

Kolon Minsk vaxtı ilə 9:54-də M-10 şosesində Droqiçin yaxınlığında Pinsk istiqamətində müşahidə edilib.

Məlumata görə bu, Belarus Respublikası Silahlı Qüvvələrinin 38-ci artilleriya briqadasıdır. Maşınların üzərində identifikasiya nişanı – qırmızı düzbucaqlı nəzərdən yayınmayıb.

Sosial şəbəkələrdə onların hara doğru hərəkət etməsi sual doğurub.

Hamısını Göstər

Related Articles

Back to top button