Zelenskiyə qarşı 3 dəfə sui-qəsd cəhdi olub – Detallar açıqlandı
Zelenskiyə üç sui-qəsd cəhdi olub
“Son bir həftədə Volodimir Zelenskiyə qarşı ən azı 3 sui-qəsd cəhdi olub”.
“AzPolitika.info” xəbər verir ki, bu məlumatı İngiltərənin “The Times” nəşri dərc edib.
Məlumatda deyilir ki, Zelenskini qətl etmək üçün iki qrup göndərilib. Bunlardan biri Kremlə yaxın “Vaqner”in yaraqlıları, digəri isə çeçen xüsusi təyinatlılarından ibarət olub.
Qeyd olunur ki, bütün sui-qəsd cəhdlərinin qarşısı Zelenskinin təhlükəsizlik xidməti tərəfindən alınıb və nə qədər qəribə görünsə də bu işdə onlara Rusiya FTX-nin Ukrayna ilə müharibənin əleyhinə olan bəzi yüksək çinli əməkdaşları kömək ediblər.
Belə ki, məhz onların verdiyi məlumatlar sayəsində Zelenskinin təhlükəsizlik xidməti dəqiq informasiyalara malik olub və hər iki qrupu zamanında zərərsizləşdirib.
Kiyevdəki Vaqner muzdluları cəhdləri zamanı itki veriblər və ukraynalıların bunu necə müəyyənləşdirdiklərindən narahat olublar. Qrupa yaxın mənbə bildirib ki, V.Zelenskinin təhlükəsizlik xidmətinin məlumatlılığı onlar üçün “tükürpədici” olub.
“The Times” yazır ki, ötən həftənin şənbə günü Kiyev yaxınlığında məhz Zelenskiyə qarşı sui-qəsd üçün göndərilən çeçen yaraqlılarından ibarət qrup da məhv edilib.