Rusiyanın “Birinci kanal”ında Azərbaycana qarşı təxribat
Rusiyanın “Birinci kanal”ında yayımlanan proqramda Azərbaycana qarşı təxribata yol verilib.
Belə ki, proqramda uçuşların qadağan olunmasından sonra xaricdə qalan Rusiya vətəndaşlarının ölkəyə qayıtması üçün istifadə edə biləcəkləri ölkələrlə bağlı material təqdim olunub.
Lakin ekranda təqdim olunan xəritədə Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribata yol verilib. Belə ki, Qarabağ ərazisi ayrıca “dövlət” kimi təqdim olunub.
Sosial şəbəkələrdə Rusiya mətbuatında yer alan kobud “səhv” qəzəblə qarşılanıb.