İrəvanda riyakarlıq aksiyası: Dalğalanan SSRİ bayrağı və “faşizmə yox” deyən njdeçilər …

İrəvanda Ukraynada hərbi əməliyyatlar aparan Rusiyaya dəstək aksiyası keçirilib.

Maraqlısı budur ki, ermənilər aksiya zamanı Rusiya bayrağı ilə yanaşı SSRİ bayrağı da dalğalandırıblar.

Üstəlik, aksiya iştirakçıları faşizm əleyhinə şüarlar da səsləndiriblər.

Məqsədləri yaltaqlıq olsa da, ermənilər keçirdikləri aksiya ilə həmçinin başqa mətləbləri də ortaya qoyublar.

İlk növbədə dalğalandırılan SSRİ bayrağı bir çox suallar yaradır. Görünür ermənilər yenidən sovet dönəminə qayıtmaq sevdasına düşüblər. Təbii ki, tarix boyu məqsəd və məramı məzlum qiyafəsinə bürünüb böyük güclərin himayəsinə sığınmaq olmuş ermənilər üçün müstəqilliyin bir önəm daşımadığı gün kimi aydındır. İrəvanda dalğalandırılan SSRİ bayraqları da məhz bu düşüncənin təzahürüdür.

Bundan əlavə ortaya ikrahdoğuran bir mənzərə də çıxıb. Belə ki, elə aksiyanın keçirildiyi şəhərdə faşist Qaregin Njdeyə heykəl qoyanların “faşizmə yox” şüarları səsləndirməsi ən yüngül şəkildə desək həyasızlıqdan başqa bir şey deyil.

Hamısını Göstər

Related Articles

Back to top button