Pakistanda cümə namazında dəhşətli partlayış: 56 nəfər ölüb, onlarla adam yaralanıb

Partlayış Pişəvərin Kuça Risaldar məscidində baş verib. 

Cümə namazı vaxtı kamikadze hücumu nəticəsində ölən və yaralananların sayı artıb.

Son məlumatlara görə, Pakistanın şimal-qərbində məsciddə törədilən terror aktında ölənlərin sayı 56-ya, yaralıların sayı isə 194-ə çatıb.

Hələlik partlayışın hansı qruplaşmanın üzvləri tərəfindən törədildiyi məlum deyil.

Hamısını Göstər

Related Articles

Back to top button