Mingəçevirdə lisenziyasız fəaliyyət göstərən stomatoloji məntəqələr aşkarlanıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı şəhər ərazisində qanunsuz fəaliyyət göstərən bir neçə stomatoloji məntəqə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, yoxlamalar zamanı şəhərin N.Nərimanov,M.Maqomayev prospektləri və Energetiklər qəsəbəsində yerləşən ümumilikdə üç stomatoloji məntəqənin lisenziya olmadan fəaliyyət göstərdiyi müəyyən olunub.

Orada çalışan şəxslərin əməllərində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci ( Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə) maddəsinin tərkib əlamətləri olduğundan onların barəsində polis əməkdaşları tərəfindən akt tərtib olunaraq baxılması üçün Səhiyyə Nazirliyinə göndərilib.

Hamısını Göstər

Related Articles

Back to top button