Böyük Britaniya Rusiyadan neft və neft məhsullarının idxalını dayandıracaq
Böyük Britaniya 2022-ci ilin sonuna kimi Rusiyadan neft və neft məhsullarının idxalını dayandıracaq.
Bunu krallığın sahibkarliq, energetika və sənaye strategiyası naziri Kvazi Kvartenq bildirib.
Onun sözlərinə görə, Britaniya həmçinin Rusiya qazının idxalından imtina etmək imkanını da nəzərdən keçirir.



