Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan XİN rəhbərləri Antalyada görüşə bilər”

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Antalya Diplomatiya Forumu çərçivəsində görüşü baş tuta bilər.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tuta bilərmi?” sualına cavabında deyib.

Prezidentin köməkçisi deyib ki, Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan, Türkiyə və Ermənistan XİN başçıları görüşünün keçirilməsi fikri var.

“Belə bir fikir var, biz bunu dəstəkləyirik. Ermənistan da buna hazır olsa, Azərbaycan belə bir görüşə istənilən formatda, istənilən çərçivədə hər zaman hazırdır”, – Hikmət Hacıyev vurğulayıb.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button