Ukraynada rusiyalı general-mayor öldürüldü
Ukrayna ordusunun xüsusi təyinatlı “Azov” dəstəsi Rusiya Silahlı Qüvvələrinin general-mayorunu öldürdüyünü açıqlayıb.
Bu barədə dəstənin “Telegram” kanalında məlumat yayılıb.
“Azov” işğalçı qoşunların general-mayorunu məhv edib. Bizim üzərimizə qılıncla gələn qılıncla öldürüləcək. Yaşasın Ukrayna!” – deyə dəstənin sosial şəbəkə hesabında qeyd olunub.



