Kiyev növbəti dəfə bombardman edildi: Mülki sakinlər arasında xəsarət alanlar var

Bu gün Ukrayna vaxtı ilə saat 06:00 radələrində (Bakı vaxtı ilə 08:00) Kiyev şəhəri Rusiya aviasiyası tərəfindən bombardmana məruz qalıb.

İlkin məlumata görə, hücuma məruz qalan yaşayış binaları Kiyevin Şevçenko rayonu ərazisində yerləşir.

Hücum nəticəsində iki mülki sakin xəsarət alıb.

Artıq hadisə yerinə yanğınsöndürən texnika, təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb edilib.

Hamısını Göstər

Related Articles

Back to top button