Rusiya Qara dənizdə üç gəmini vurdu

Rusiya raketləri Qara dənizdə Panama bayrağı altında üzən üç gəmini vurub. Bu barədə Reuters Panama Dəniz Administrasiyasının inzibatçısı Noriel Arauzaya istinadən xəbər verir.

“Bunlar “Namura Queen”, “Lord Nelson” və “Helt” gəmiləri idi. Bir gəmi batıb, lakin itkilər barədə məlumat verilməyib. Digər ikisi suda qalır, lakin zədələnib”, – o bildirib.

Hamısını Göstər

Related Articles

Back to top button