Kanada Belarusa qarşı yeni sanksiyalar tətbiq edir

Kanada hökuməti Belarus rəhbərliyinə qarşı yeni sanksiyalar tətbiq edib.

Buna səbəb ölkənin Ukrayna müharibəsindəki iştirakı və Rusiyaya dəstəyi olub.

Bu barədə Kanada Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yeni sanksiyalar Ukraynaya hücumu dəstəkləyən 22 yüksək rütbəli Belarus Müdafiə Nazirliyi rəsmisinə şamil edilib.

Qeyd edək ki, Kanada fevralın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Rusiya, Ukrayna və Belarusdan olan 500-dən çox fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

Hamısını Göstər

Related Articles

Back to top button