Makron: “Fransa Avropada müharibəyə hazırlaşmalıdır”
Fransa prezidenti Emmanuel Makron bildirib ki, ölkə Avropa qitəsinə qayıda biləcək yüksək intensivlikli müharibəyə hazır olmalıdır.
O, seçki kampaniyası zamanı bəyan edib ki, Fransanın 2025-ci ildə müdafiə büdcəsi 50 milyard avro olacaq (hazırda 40 milyard avrodan çoxdur).
Prezident qeyd edib ki, Fransa kosmosda və kiberməkanda yeni növ münaqişələr fonunda çevik olmalıdır.
Həmçinin, Makron əlavə edib ki, o, qabaqcıl texnologiyaya investisiya qoymaq və qitəyə qayıda biləcək yüksək intensivlikli müharibəyə hazır olmaq üçün investisiyaları artırmaq istəyir.
Bununla yanaşı, Fransa lideri silahlı qüvvələrdə ehtiyatda olan əsgərlərin, eləcə də polis və jandarmların sayının artırıldığını deyib.