Qusarda mağazadan oğurluq edən Bakı sakini həbs edilib

Qusar Rayon Polis Şöbəsinə müraciət edən bir nəfər rayon sakini, ona məxsus ərzaq mağazasından qapını sındırma yolu ilə oğurluq edildiyini bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Mehdi Zeynalov saxlanılıb.

Araşdırma zamanı həmin şəxsin səhər saatlarında sözü gedən mağazaya girərək oradan 150 manat pul, və 708 manat dəyərində müxtəlif növ siqaretlər, alışqanlar oğurladığı müəyyən edilib.

Qusar rayon məhkəməsinin qərarı ilə həmin şəxs həbs edilib.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button