Astarada polis əməkdaşları Vətən müharibəsi şəhidinin ailəsini ziyarət ediblər

Astara Rayon Polis Şöbəsinin rəhbərliyi torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Daxili Qoşunların şəhid hərbi qulluqçusu, baş çavuş Orxan Babayevin rayonun Kijəbə qəsəbəsində yaşayan ailəsini ziyarət ediblər. Novruz bayramı ərəfəsində gətirdikləri sovqatı təqdim edib, ailənin qayğıları ilə maraqlanıblar. Şəhidin əziz xatirəsi bir daha yad edilib, onun göstərdiyi igidlik və qəhrəmanlıqların gənc nəsillər üçün daim örnək olacağı qeyd olunub.

Şəhid hərbi qulluqçunun valideynləri göstərilən diqqətə görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə baş çavuş Orxan Sədail oğlu Babayev ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Hamısını Göstər

Related Articles

Back to top button