Füzulidə 26 yaşlı sürücü yük maşını ilə minaya düşüb
Füzulidə mülki şəxsin minaya düşməsi hadisəsi rayonun işğaldan azad olunmuş Seyid Əhmədli kəndində qeydə alınıb.
APA-nın yerli müxbirinin xəbərinə görə, 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı idarə etdiyi “SHACMAN” markalı “77-CB-134” dövlət nömrə nişanlı yük maşını ilə dönmə əməliyyatı edərkən minaya düşüb.
Nəticədə sürücü V. Zülfüqarlı ağır bədən xəsarəti alaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.



