Hulusi Akar: “Dost və qardaş ölkələrin ədalətli mübarizəsini dəstəkləmək üçün əlimizdən gələni edəcəyik”

Türkiyənin Müdafiə naziri Hulusi Akar Doha Forumunda iştirak etmək üçün səfər etdiyi Qətərin paytaxtında maraqlı açıqlamalar verib.

Qətər – Türkiyə Birləşmiş Qüvvələr Komandanlığında yoxlamalar aparan nazir komandanlığın fəaliyyəti ilə bağlı təşkil olunan brifinqdə dünyada və bölgədə baş verən hadisələri yaxından izlədiklərini bildirib.

“Türkiyə Silahlı Qüvvələri Türkiyənin suverenliyini, müstəqilliyini, hüquqlarını və qanunlarını qorumaq üçün nə lazımdırsa etməyə davam edəcək. Təkcə Türkiyənin deyil, dost və qardaş ölkələrin də ədalətli mübarizəsini dəstəkləmək üçün əlləmizdən gələni edəcəyik. Türkiyə Silahlı Qüvvələri Cümhuriyyət tarixinin ən gərgin günlərini yaşayır. Mübarizəmiz dost və qardaş coğrafiyalarda, quruda, dənizdə və havada intensiv şəkildə davam edir”, – deyə o, bildirib.

Hamısını Göstər

Related Articles

Back to top button