Ukrayna prezidenti Ofisi: “Qələbə xəbərləri olacaq”

Ukrayna qoşunları Sumı şəhərində, həmçinin Kiyev və Xerson vilayətlərində də əks-hücum əməliyyatlarına başlayıb. UNİAN xəbər verir ki, bunu Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç martın 27-də Rusiyanın hücumu ilə bağlı yaranmış vəziyyətlə əlaqədar keçirdiyi brifinqdə deyib.

“İndi düşmənin iki əsas tapşırığı var – qoşunlarımızı Birləşmiş Qüvvələr Əməliyyat zonasında mühasirəyə almaq, Mariupolun blokdadasını başa çatdırmaq və Xersonda müdafiəni qoruyub saxlamaq. Əgər düşmənin Cənubda müdafiə qabiliyyəti aşağı düşsə, onun Mariupol ətrafında vəziyyəti daha da pisləşəcək”, – o deyib.

Eyni zamanda, Arestoviç növbəti iki həftənin “qeyri-bərabər” olacağı barədə də xəbərdarlıq edib:

“Bəzi mövqelərdə qalib gəlməyimiz və əks-hücum barədə məlumatlar olacaq. İkincisi, cəbhənin bəzi istiqamətlərində, xüsusən Şərqdə vəziyyətin çətin olması barədə xəbərlər veriləcək. Və bunun üçün emosional, təşkilati və şüurlu şəkildə hazırlanmaq lazımdır”.

Daha əvvəl bildirilib ki, Ukraynanın müdafiə qüvvələri İzyum şəhəri yaxınlığında Rusiya təyyarəsini vurub və Xarkov yaxınlığında bəzi istiqamətlərdə əks-hücuma keçib. Bu barədə Xarkov Regional Hərbi Administrasiyasının sədri Oleq Sinequbov teleqram kanalında məlumat yayıb.

Hamısını Göstər

Related Articles

Back to top button