Ağdamda buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır
Martın 27-si saat 16 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində təmir tikinti işləri aparılan zaman buldozerin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun mətbuat xidmətindən KİV-lərə bildirilib ki, nəticədə traktora maddi ziyan dəyib və hər hansı şəxs xəsarət almayıb.
Hazırda faktla bağlı Ağdam rayon Prokurorluğunda araşdırma aparılır.