“Azəriqaz” Xankəndiyə qaz verir, separatçılar etiraz edir

“Azəriqaz” İB-in Xankəndinin kəsilən qaz təchizatının bərpası istiqamətində çalışmaları, havanın sərt olmasına baxmayaraq, minbir əziyyətə qatlaşaraq, qaz xəttini təmir etməsi Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində yerləşdirilən rus sülhməramlılarının himayəsinə sığınıb, fəaliyyətini davam etdirən separatçı-terrorçu tör-töküntüsünün “etirazına” səbəb olub.

Separatçı ünsürlərin “artsaxqaz” adı qoyduqları qondarma qurum Qarabağın ermənilər yaşayan hissəsinə qazın verilməsinin “Azəriqaz”a heç bir aidiyyəti olmadığını bildirib.

Qeyd edilib ki, Xankəndiyə yeganə qaz xətti Ermənistan ərazisindən gəlir, təchizatçı isə “Qazprom Ermənistan”dır (“Qazprom”un törəmə şirkəti). Separatçı ünsürlər bu baxımdan məlumatı təkzib ediblər.

Qeyd edək ki, “Azəriqaz” qəzanı aradan qaldırdığını və sınaqlar tamamlandıqdan sonra 29 martdan başlayaraq Xankəndi və ətrafına qaz təminatının bərpa ediləcəyini açıqlayıb.

Erməni separatçı ünsürlər isə hər vəchlə Azərbaycanın ərazi bütövlüyünə qəsdlə məşğul olur, erməni əhalinin soyuqdan qırılması hesabına belə Xankəndinin infrastrukturunun ölkəmizə bağlanmasına imkan verməməyə çalışırlar.

“Azəriqaz” separatçıların bu bəyanatından sonra qaz təminatını dayandırsa, daha yaxşı olardı. Onda Xankəndidəki erməni əhaliyə niyə qaz olmadığını separatçılar özləri izah etməli olacaqlar…

Hamısını Göstər

Related Articles

Back to top button