Britaniya kəşfiyyatı: “Rusiya ordusunun Kiyevi mühasirəyə almaq planı puça çıxıb”
Rusiyanın Kiyev ətrafında hərbi fəallığının azalmasını və bəzi bölmələrini bu ərazilərdən çəkməsini Kremlin bölgədə təşəbbüsü itirdiyinin etirafı hesab etmək olar.
Bu barədə Britaniya kəşfiyyatının hesabatında deyilir.
Hesabatda qeyd edilir ki, Rusiyanın döyüş sahəsində təkrarlanan uğursuzluqları və Ukrayna qüvvələrinin uğurlu əks-hücumları Rusiya ordusunun Kiyevi mühasirəyə almaq hədəflərini puça çıxarıb.
“Çox güman ki, Rusiya şərqdə – Donetsk və Luqanskda – hücumlarının kəsərini artırmaq üçün şimaldakı döyüş qüvvələrini bu əraziyə cəlb edəcək”, – deyə Britaniya kəşfiyyatının yaydığı məlumatda qeyd olunur.