Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 54 cinayətin üstü “isti izlər”lə açılmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 54 cinayətin üstü “isti izlər”lə açılmışdır.

Əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunmuşdur.

Axtarışda olduğuna görə ümumilikdə 49 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılmışdır.

Hamısını Göstər

Related Articles

Back to top button