Bakıda gecə klubunda partlayış baş verib

Səbail rayonu, Tərlan Əliyarbəyov 9 ünvanında yerləşən gecə klubunda güclü partlayış baş verib.

İlkin məlumata görə, partlayış qaz sızmasından baş verib. Hadisə nəticəsində klubun üstündə yerləşən mənzillər də zərər görüb.

Partlayış zamanı bir nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb.

Hadisə dağıntılara səbəb olub, mülki obyektlərə və avtomobillərə ciddi ziyan dəyib. Partlayış yanğınla nəticələnib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili yardım cəlb edilib.

Hamısını Göstər

Related Articles

Back to top button