Aprel ayının 2-də və 3-də daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat

DİN-in Mətbuat Xidmətindən polise.az-a verilən məlumata görə,

Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 102 cinayətin üstü “isti izlər”lə açılmışdır.

Əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunmuşdur.

Axtarışda olduğuna görə ümumilikdə 50 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüşdür.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 52, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətməkdə şübhəli bilinən 90 nəfər saxlanılmışdır.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button